Zakir Həsənov: “Bu gün qardaşlarımızı burada görməkdən çox sevincliyəm”

Zakir Həsənov: “Bu gün qardaşlarımızı burada görməkdən çox sevincliyəm”

“Bu gün qardaşlarımızı burada görməkdən çox sevincliyəm”.

“Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Türkiyə ilə Azərbaycan arasında birlik və həmrəylik bağları tarixinin olduğunu söyləyən nazir Zakir Həsənov “Türkiyə hər zaman bizim tərəfimizdə olub. Türkiyə Prezidenti, Müdafiə Naziri və digər rəsmilər hər zaman Azərbaycana dəstək göstərdilər” deyib.

Zakir Həsənov Bakıda Azadlıq Meydanında keçirilmiş Zəfər paradında Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun heyəti ilə çiyin-çiyinə keçdiyini xatırladıb. Nazir Zakir Həsənov “O tarixi gündə Azərbaycanın bütün şəhərləri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildi” deyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş