Zakir Həsənov: Bu il 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi keçirilib

Zakir Həsənov: Bu il 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi keçirilib

Bu il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə ünvanladığı təbrikdə Müddafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.

“Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub və hazırda bir sıra obyektlərin inşası davam etdirilir”, – deyə Müdafiə naziri vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş