Zakir Həsənov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Zakir Həsənov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 12-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş