Zakir Həsənov: Düşmən geri çəkilir

Zakir Həsənov: Düşmən geri çəkilir

Azərbaycan Ordusunun əks-hücumu nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.

“Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir. Azərbaycan ordusunun zərbələri həm ön xəttə, həm də cəbhənin dərinliyinə həyata keçirilir”, – Zakir Həsənov qeyd edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş