Zakir Həsənov: Orduda koronavirusa yoluxma ilə bir neçə fakt aşkarlanıb

Zakir Həsənov: Orduda koronavirusa yoluxma ilə bir neçə fakt aşkarlanıb

Azərbaycan Ordusunda yeni tip koronavirusa (COVİD-19) yoluxma ilə bir neçə fakt olub.

“AzeriDefence”nin məlumatına görə, bunu “Real TV”yə müsahibəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, koronovirus pandemiyası ilə əlaqədar Rusiyada, İtaliyada və Amerikada təhsil alan kursantlar və zabitlər ölkəyə gətirilib. Türkiyədə və Çində təhsil alan kursantlar və kurslarda iştirak edən zabitlərlə bağlı hər hansı təhlükə yoxdur.

Nazir onu da qeyd edib ki, gənc çağırışçılar arasında da bir neçə fakt aşkarlanıb. Onlar karantinə götürülüblər və yayılmayıb.

Müdafiə naziri koronavirusun orduda yayılmaması üçün ciddi tədbirlərin görüldüyünü deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş