Zakir Həsənov türkiyəli həmkarını Bakıda qarşıladı – FOTO/VİDEO

Zakir Həsənov türkiyəli həmkarını Bakıda qarşıladı – FOTO/VİDEO

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal ilə Bakıya gəlib.

Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonaqları Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş