Zakir Həsənov ABŞ-ın Azərbaycanda fəaliyyət müddəti başa çatan səfiri ilə görüşüb

Martın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycanda fəaliyyət müddəti başa çatan səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş