Zakir Həsənov: Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq üçün böyük potensiala malikdir – FOTOLAR

Tiflis şəhərində Gürcüstan və Azərbaycanın müdafiə nazirlərinin görüşü keçirilib

Tiflis şəhərində Gürcüstan və Azərbaycanın müdafiə nazirlərinin görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə xüsusi diqqət yönəldilib və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

İki qonşu ölkə arasında strateji əməkdaşlığın olduğunu qeyd edən Gürcüstanın müdafiə naziri Levan İzoria bunun regionda təhlükəsizlik və sülhün təmin olunmasında əhəmiyyətli rol oynadığını deyib.

Zakir Həsənov isə Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq üçün böyük potensiala malikdir.

Görüşdə nazirlər Gürcüstan-Türkiyə-Azərbaycan müdafiə nazirlərinin üçtərəfli görüşü və iyun ayında üç ölkənin iştirakı ilə keçiriləcək təlimi müzakirə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş