Zakir Həsənov BƏƏ səfiri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana yeni təyin olunmuş səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfir olmağından məmnunluğunu ifadə edən diplomat ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş