Zakir Həsənov Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş