Zakir Həsənov BMT-nin tədbirində iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın paytaxtı Londona səfərə gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zakir Həsənov Londonda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş