Zakir Həsənov Çexiya səfiri ilə hərbi-texniki əlaqələrə dair fikir mübadiləsi aparıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş