Zakir Həsənov Çexiyanın iki hərbi şirkətində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan ERA və “AERO Vodochody” şirkətlərini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri “Gələcək Qüvvələr Forumu 2016″da iştirak etmək üçün Çexiyada səfərdədir.
Səfər Çexiyanın müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə reallaşıb.
Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində Z.Həsənov Çexiyanın müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər keçirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş