Zakir Həsənov Gürcüstana səfər edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Z. Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş