Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın Azərbaycana yeni təyin səfiri Auqusto Massari ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Səfir, ölkəsinin  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu bildirərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xüsusi qeyd edib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimizin Silahlı Qüvvələri arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş