Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyunun 15-də Rusiyanın Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.

İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.

Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.


GRIX3875-550

GRI_9999-550

mdb1

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Rusiya Federasiyasnın müdafiə naziri Sergey Şoyqu arasında görüş

KATEQORIYA:
Bu xəbəri paylaş