Zakir Həsənov Moskvaya yola düşüb

Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Zakir Həsənov iyunun 15-də MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Rusiyanın paytaxtı Moskvaya yola düşüb.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş