Zakir Həsənov NATO toplantısında iştirak edəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Zakir Həsənov Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak edəcək.
KATEQORIYA: Müdafiə