Zakir Həsənov Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Z. Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və bu münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edən T. Al-Sabha bunun üçün geniş potensialın olduğunu bildirib.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş