Zakir Həsənov Türkiyənin müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaza və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, məktublarda bildirilib: “Qardaş Türkiyənin paytaxtı Ankarada törədilən xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxsin həlak olması, xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq”.

Məktubda həlak olanlara rəhmət dilənib, yaxınlarının dərdlərinə şərik olduğu bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş