Zakir Həsənovun Polşaya səfəri başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, MSPO-2017 Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş