Zakir Həsənov Küveytin Azərbaycandakı səfirini qəbul edib

Bu gün Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin saytına istinadən veridiyi xəbərinə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Küveytin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş