“Zərbə” pilotsuz uçuş aparatının sınaqları yekunlaşıb

Nazir: ““Zərbə” PUA Ermənistan ordusunun ölüm kabusuna çevriləcək”

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən hazırlanmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, pilotsuz uçuş aparatı yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

“Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaq”, – deyə Y. Camalov vurğulayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş