Zirehli döyüş maşınlarının təyyarədən atılması üçün yeni paraşüt sistemi yaradılıb – FOTO

Rusiyanın “Texnodinamika” şirkətinin istehsal etdiyi zirehli döyüş maşınlarının təyyarədən atılması üçün nəzərdə tutulan yeni paraşüt-desant sisteminin sınaqları keçirilir.

“Rostex” Holdinqdindən “AzeriDefence”yə verilən məlumata görə,  “Baxça-U-PDS” adlandırılan sistemin sınaqları uğurla davam etdirilir.

Sınaqlar 2015-ci ilin noyabr ayından başlayaraq dövlət sifarişi çərçivəsində V.P. Çkalov adına Təlim Mərkəzində keçirilir. Bu günə kimi ümumilikdə 11 BMD (piyadanın döyüş maşını) yeni paraşüt sistemi ilə təyyarədən atılıb.

“Texnodinamika” Şirkətinin rəhbəri Maksim Kuzyuk deyib ki, sınaqlar 2016-cı ilin dekabr ayına qədər davam etdiriləcək: “İlkin mərhələdə BMD-nin yeni paraşüt sistemi ilə atılması prosesi yekunlaşıb. Artıq demək olar ki, məhsulumuz heç bir problem yaratmayıb. Bu müddət ərzində həm daxili, həm də dövlət sınaqlarından müsbət nəticə ilə çıxmışıq. Lakin sistem daha bir neçə sınaq mərhələlərini keçməlidir. Növbəti mərhələdə paraşüt sistemi vasitəsilə BTR-lər (zirehli transportyor) təyyarədən atılacaq. Hesab edirəm ki, paraşüt sistemi 2017-ci ildə silahlı qüvvələrin istifadəsinə veriləcək”.

Məlumatda o da qeyd edilib ki, adıçəkilən sistem “Texnodinamika” holdinqinə daxil olan “Universal” Moskva Konstruktor-İstehsalat Kompleksi tərəfindən yaradılıb. Sistem müəyyən edilmiş torpaq əraziyə döyüş maşınlarının (şəxsi heyətlə birgə) atılması üçün təyinatlıdır. Sistem İl-76 və o modifikasiyada olan təyyarələrə inteqrasiya olunur.

Sistem döyüş maşınını və şəxsi heyəti təhlükəsiz şəkildə müəyyən olunmuş əraziyə döyüş hazırlığı vəziyyətində düşməsinə imkan yaradır. Təyinatına və xarakteriskasına görə, bu sistemin dünyada hələ ki, analoqu yoxdur.

“Baxça-U-PDS” asma, amartizator və paraşüt sistemindən ibarətdir. Sistemin paraşüt hissəsi holdinqə daxil olan Paraşüt hazırlanması elm-istehsalat institutunda hazırlanıb. 11 blokdan ibarət paraşütün hər bir bölməsinin sahəsi 350 kv.metrdir. Bu da yükün təhlükəsiz və problemsiz eniş etməsinə imkan yaradır.

bmd_parashhh

bmd-4m_par

KATEQORIYA:
Bu xəbəri paylaş