ZMA-15 zirehli döyüş maşınları 4 ölkəyə ixrac edilib

ZMA-15 zirehli döyüş maşınları 4 ölkəyə ixrac edilib

Türkiyənin FNSS şirkəti Müdafiə Sənaye Komitəsi (SSB) ilə imzalanmış müqavilə çərçivəsində bu günə qədər 4 fərqli konfiqurasiyada ZMA tipli zirehli döyüş maşınları istehsal edib.

“AzeriDefence”nin “Savunmasanayi.org”a istinadən verdiyi məlumata görə, bunu FNSS-in korporativ əlaqələr üzrə meneceri Cem Altınışık deyib.

C.Altınışık bildirib ki, FNSS tərəfindən istehsal edilən ZMA-15 zirehli döyüş maşınları Türkiyə Silahlı Qüvvələri ilə yanaşı xarici ölkələrə də ixrac edilib.

ZMA-15 zirehli maşının müxtəlif modellərinin Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Bəhreyn və Filippin Silahlı Qüvvələrinə satışı həyata keçirilib.

ZMA-15 zirehli döyüş maşını 350/400 at gücündə dizel mühərrikə malikdir. Maşının çəkisi 14000 kq, heyəti ekipaj daxil 11 nəfər, uzunluğu 5560 mm, eni 2900 mm, hündürlüyü 2001 mm, maksimum irəli sürəti 65 km/saat, geri sürəti 11 km/saat, gediş ehtiyatı 490 km-dir.

Maşın 60 dərəcə bucaq altında yüksəkliyə çıxmaq, 40 dərəcə bucaq altında maili ərazidə manevr həyata keçirmə imkanına sahibdir. ZMA-15-in əsas silahı 25 mm-lik M242 avtomat top, köməkçi silahı isə 7.62 mm çaplı pulemyotdur.

KATEQORIYA:
Bu xəbəri paylaş